Merchant Hotel Baku

Layihə haqqında

“The Merchant” oteli vaxtilə Xəzər Dəniz Gəmiçiliyinin yerləşdiyi möhtəşəm, tarixi binada yerləşir. 1858-ci ildə inşa edilmiş təkrarolunmaz memarlıq incisi olan bu bina Azərbaycan tarixinin ən dinamik və vacib dövrlərindən birini özündə əks etdirir. “The Merchant” otelinin təmtəraqlı binası bir vaxtlar Bakının ticarət və kommersiya mərkəzi olan hissəsində yerləşir. Bu möhtəşəm, yeni otel bir çox orijinal xüsusiyyətlərə malik müasir və unikal dizaynı, o cümlədən bir vaxtlar Xəzər dənizində üzən köhnə tacir gəmilərinin daş üzərində son dərəcə təsirli rəsmlərini özündə cəmləşdirir. Sadə, eyni zamanda, zövqoxşayan, müasir və qonaqpərvər “The Merchant” ikinci eviniz olacaqdır. "The Merchant Hotel"in veb saytının dizayn xüsusiyyətləri otelin interyerini və rahat abu-havasını özündə əks etdirir. Veb səhifədə otelə gəlcək qonaqların rahat istifadəsi üçün fərqli bölmələr yaradılıb. Burada otaqlar, oteldəki qidalanma, sağlamlıq və işgüzar toplantılar haqqında ətraflı məlumatlar yerləşdirilib.