Layihə haqqında

UEFA Avropa çempionatı UEFA üzvü olan milli komandalar arasında hər 4 ildən bir keçirilən turnirdir. İlk turnir 1960-cı ildə təşkil olunub. Turnir 2020-ci ildə 60 illik yubileyni qeyd edəcək və Avropanın 12 müxtəlif şəhərində 16-cı dəfə təşkil olunacaq. İyunun 12-dən iyulun 12-dək keçiriləcək Avropa çempionatında 24 milli komanda çempionluq uğrunda mübarizə aparacaq. Bakı çempionatın 3 qrup oyununa və 1/4 final mərhələsinin 1 qarşılaşmasına ev sahibliyi edəcək. Veb saytı hazırlayan zaman peşəkar heyətimiz UEFA Avro-2020 ənənlərinə müraciət edib. İstifadəçilərin rahatlığını təmin etmək üçün veb səhifəyə keçidlər əlavə edilib. Eyni zamanda veb saytın dizayn xüsusiyyətləri özündə UEFA Avro-2020 rənglərini daşıyır. Xarici istifadəçilərin ölkəmiz haqqında ətrflı məlumat əldə etməsi üçün hər bir şərait yaradılıb.