UEFA Avropa Liqası 2019

Layihə haqqında

UEFA Avropa Liqası Avropada Çempionlar Liqasından sonrakı ən əhəmiyyətli klub turniridir. Kuboku ən çox qazanan komanda isə “Sevilya”dır. Onlar 5 dəfə Avropanın ən nəhəng ikinci turnirinin kubokunu başları üzərinə qaldırıblar. Qeyd edək ki, 2018/19-cu il mövsümündə UEFA Avropa Liqasının final oyunu mayın 29-da “Arsenal” və “Çelsi” klubları arasında Bakı Olimpiya Stadionunda keçirilib. Peşəkar komandamız Avropa Liqası Final Oyununun veb səhifəsini hazırlayan zaman UEFA stilistikasına müraciət edib. Yerli və xarici futbol həvəskarlarının saytdan rahat istifadəsi üçün lazımi keçidlər veb səhifədə öz əksini tapıb. Həmçinin, Azərbaycanın mədəniyyəti və tarixi dəyərləri unikal dizayn və vizuallarla saytın auditoriyasına çatdırılıb.